XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



ABŞ döyüşçüsü UFC çempionluğundan imtina edir
İdman 15:36 / 01.06.2020
MMA üzrə ABŞ döyüşçüsü Con Cons orta ağır çəkidə UFC (Mütləq Döyüş Çempionatı) çempionluğundan imtina etmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə "Gazeta.ru” idmançının "Twitter”dəki açıqlamalarına istinadla məlumat yayıb.
Məlumatda qeyd edilir ki, MMA döyüşçüsü ilə UFC-nin prezidenti Dana Uayt arasında problem yaranıb. Belə ki, o, ağır çəkidə reytinq ikincisi olan Fransis Nqannu ilə döyüşmək istəsə də, UFC rəhbəri bu qarşılaşmanı təşkil etməkdən imtina edib. Onun sözlərinə görə, C.Cons bu döyüş üçün 30 milyon dollar qonorar tələb edib. Amerikalı döyüşçü 2021-ci ildə yüngül çəkidə döyüşmək istədiyini bildirib.
Qeyd edək ki, 32 yaşlı döyüşçü çəki dərəcəsindən asılı olmayaraq UFC reytinqində birinci yerdədir. O, karyerası ərzində keçirdiyi 27 döyüşdən 26-da qələbə qazanıb.

17066 oxunub

InvestAZ