XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Şahmatçılarımızın mövqeyi dəyişmədi
İdman 14:15 / 01.06.2020
 Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.
Tərtib olunan yeni siyahıda şahmatçıların mövqelərində heç bir dəyişiklik olmayıb. Belə ki, Teymur Rəcəbov (2765) 9-cu, Şəhriyar Məmmədyarov isə 11-ci pillədədir (2764).
Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665, 72-ci yer), Nicat Abasov (2664, 74-cü yer), Rauf Məmmədov (2654, 90-cı yer) ilk yüzlükdə yer alıblar.
Siyahıda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2835) və çinli Liren Dinq (2791) ilk üçlükdə qərarlaşıblar.
Qadınların reytinq cədvəlində əvvəlki kimi birinci yeri çinli Hou Yifan (2658) tutub. İkinci pillədə Hindistan şahmatçısı Humpi Koneru (2586), üçüncü yerdə isə rusiyalı Aleksandra Qoryaçkina (2582) yer alıblar.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2443, 29-cu yer), Gülnar Məmmədova (2382, 77-ci yer) Xanım Balacayeva (2376, 86-cı yer) ilk yüzlükdə qərarlaşıblar.

16225 oxunub

InvestAZ