XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Azərbaycan Atletika Federasiyası məşqlərini bərpa edib
İdman 11:18 / 01.06.2020
 Azərbaycan Atletika Federasiyası milli komandanın açıq havada məşqlərini iyunun 1-də bərpa edib.
Milli komandanın baş məşqçisi Bəhruz Salehlinin və məşqçi Ziyad Xəlfəyevin rəhbərliyi ilə keçən məşqlərə ilk növbədə üçtəkanla tullanma növündə mübarizə aparan idmançılar qatılıblar. Atletlər arasında Avropa çempionu Nazim Babayev də yer alıb.
Hazırlıq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda təşkil olunub.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.

18164 oxunub

InvestAZ