XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Peşəkar idmançılar nadir hallarda uğurlu məşqçiyə çevrilirlər”
İdman 18:09 / 31.05.2020
Şüvüllə hündürlüyə tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva məşq fəaliyyəti ilə məşğul olmaq niyyətində olmadığını bildirib.
"Şüvüllə hündürlüyə tullanma üzrə məşqçi karyerasına gəldikdə isə bunun hələ tez olduğunu deyə bilərəm. Ola bilər ki, bu fikrimi 20 il sonra rellaşdırdım. İndi mən buna hazır deyiləm. Çünki peşəkar idmançılar nadir hallarda uğurlu məşqçiyə çevrilirlər. Düşünürəm ki, bu, başqa bir fəaliyyətdir. Məşqçi vəzifəsinə tam hazır olmaq lazımdır. Belə ki, sən 7 gün 24 saat vaxtını tələbələrinə sərf etməli olacaqsan. Hazırda isə mən buna hazır deyiləm. Hələ öz övladlarım kiçikdir. İlk növbədə onları böyütmək istəyirəm”, -​ deyə Y.İsinbayeva vurğulayıb.
Qeyd edək ki, Yelena İsinbayeva 2016-cı ilin avqustunda peşəkar karyerasını bitirdiyini elan edib.

19222 oxunub

InvestAZ