XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Uşaqlar üçün turnir
İdman 17:22 / 31.05.2020
"Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir.
"Fortnite" adlı yeni turnir Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) dəstəyi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə gerçəkləşəcək.
Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün artıq 720 nəfər qeydiyyatdan keçib. Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, iyunun gedişatında start götürəcək "Fortnite Milli Liqası"na seçim xarakteri daşıyır. Ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcəklər.
Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı "Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionu təmsil edəcək.
Hadisələrin gedişatını daha yaxından müşahidə etmək üçün "Gaming League Azerbaijan”ın @glahub Instagram və @glahub Facebook səhifələrini izləyin. Kiber idman sevərlər turniri @glahub "Twitch” kanalından canlı izləyə bilərlər.

24964 oxunub

InvestAZ