XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan futbol ictimaiyyəti təşəkkür etdi
İdman 13:40 / 31.05.2020
Azərbaycan futbol ictimaiyyəti koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə təşəkkürünü bildirib.
AFFA bununla bağlı rəsmi "Facebook" səhifəsində video paylaşıb.
Videoçarxda Azərbaycanın əsas, qadınlardan ibarət və müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarının futbolçuları, yığma və klubların baş məşqçiləri yer alıblar.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, vitse-prezident və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, veteran futbolçu Vəli Qasımov, AFFA-nın texniki direktorunun köməkçisi Yunis Hüseynov da Gizli Qəhrəmanlara təşəkkür edənlər sırasındadır.

18705 oxunub

InvestAZ