XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Britaniyada oğrular futbolçulardan əl çəkmirlər
İdman 12:20 / 31.05.2020
Bu günlərdə naməlum səxs və ya şəxslər "Mançester Siti"nin əlcəzairli yarımmüdafiəçisi Riyad Mahrezin evində külli miqdarda oğurluq ediblər.
Bu barədə "The Sun" nəşri xəbər verib.
Bildirilir ki, cinayətkarlar 29 yaşlı oyunçunun qol saatını, qızıl-zinət əşyalarını və Mahrezin kolleksiyasından köynəkləri aparıblar.
Ümumi ziyan yarım milyon funt sterlinq təşkil edib. Təkcə oğurlanmış "Richard Mille" markalı saatın qiyməti 230 min ABŞ dollarına bərabərdir.

37659 oxunub

InvestAZ