XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Kral klubu" transfer etməkdən məhrum olur?
İdman 11:54 / 31.05.2020
Madrid​ "Real"ı koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar yay transferindən məhrum ola bilər.
Pandemiyaya görə yaranmış böhran komandada ciddi əks oluna bilər. Klubun maliyyə çətinlikləri ilə əlaqədar yay transfer pəncərəsində heç bir futbolçunu almayacağı istisna olunmur.
Transferlər yalnız klubun böyük sayda oyunçularını sata biləcəyi halda mümkündür. Ancaq bu variant ağlasığmazdır. Çünki bir çox klub indi oyunçulara pul xərcləməyə hazır deyil.
"Real" La Liqada 27 turundan sonra 56 xalla ikinci yer tutur. Komanda lider "Barselona"dan 2 xal geri qalır.
Hazırda İspaniya çempionatında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.

18928 oxunub

InvestAZ