XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Hakim basqın zamanı saxlanıldı
İdman 17:41 / 30.05.2020
Sloveniyadan olan FİFA hakimi Slavko Vinçiç Bosniya və Herseqovinada polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb. 41 yaşlı referi 9 qadın və 26 kişi ilə birlikdə fahişəxanaya basqın zamanı saxlanılıb. Saxlanılanlar eyni zamanda narkotikdən istifadə və silah saxlamaqda ittiham olunub. Vinçiçin dindirildikdən sonra sərbəst buraxıldığı bildirilib.
Bosniya polisinin basqın fahişəlikdə şübhəli bilinən Tiyana Aifon kimi​ tanınan Tiyana Maksimoviçin işi ilə əlaqədar etdiyi vurğulanıb.
Qeyd edək ki, Vinçiç bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3 oyununu və Avropa Liqasında pley-off matçını idarə edib.


34187 oxunub

InvestAZ