XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Həbsxanada ağlayırdım"
İdman 15:16 / 30.05.2020
"Barselona”nın sabiq prezidenti Sandro Rosel həbsxana həyatı barədə danışıb. Sandro həbsxanada olarkən emosiyalarına hakim ola bilmədiyini deyib. O, bu müddətdə bir neçə dəfə ağladığını da etiraf edib:
"Həbsxanada ağlayırdım. Depressiyadan yox, köməksizlikdən. Amma məndə depressiyanın olduğunu da etiraf edirəm. Əvvəlcə bir qədər zalım və qürurlu idim. Deyirdim ki, mən ağlaya bilmərəm. Amma sonradan özümü saxlaya bilmədim. Neçə dəfə ağladığımı dəqiq bilmirəm, məncə, 5 dəfədən yuxarı olub belə hal”.
Sandro 643 gün həbsdə qalıb. O, çirkli vəsaitin yuyulmasında ittiham edilib.

18087 oxunub

InvestAZ