XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Mourinyo fərqlənə bilir
İdman 10:26 / 28.05.2020

İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb.

Portuqaliyalı mütəxəssis "Sky Sports"a açıqlamasında səhər saat 9:00-dan 17:00-dək məşq etdikləri dövrlərinin olduğunu bildirib.
Mourinyonun sözlərinə görə, futbolçulara yalnız fərdi məşq icazəsinin verilməsi səbəbindən bir neçə fərqli müddət ayırmalı olublar: "Kimisi saat 10:00-da, kimiləri isə növbəti saatların tamamında məşqlərə gəlirdi. Açığı, köməkçi-məşqçilər hansısa anda çox yorğun idilər".
Mourinyo məşqə velosipedlə getdiyini də açıqlayıb: "Siz həmin fotonu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim".
Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 29 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.


53217 oxunub

InvestAZ