XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Onlayn şahmat yarışı start götürür
İdman 16:20 / 27.05.2020

Sabah Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş şahmatın blits növü üzrə onlayn turnir keçiriləcək.

9 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə təşkil ediləcək. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.
Turnir "Lichess.org” şahmat platforması vasitəsilə keçiriləcək. Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və medallarla təltif olunacaqlar.


17586 oxunub

InvestAZ