XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya rəhbəri cəzalandırıldı
İdman 19:40 / 26.05.2020

Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

Buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.
Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.

Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir.


31492 oxunub

InvestAZ