XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



DÇ-2018-dəki səhvlərinə görə ölümlə hədələnib
İdman 17:03 / 26.05.2020

"Çelsi"nin qapıçısı Villi Kabalyero DÇ-2018-də başına gələn hadisəni danışıb.

Argentina millisinin sabiq qolkiperi mundialda buraxdığı səhvə görə, ölümlə təhdid edildiyini söyləyib.
O, Xorvatiya ilə qarşılaşmadan sonra belə bir mesaj aldığını söyləyib: "Həmin oyunda Salvioya ötürmə vermək istəyirdim. İstədiyim kimi olmadı, top gözlənilmədən Rebiçə dəydi. Hamı bunu qəsdən etdiyimi düşünürdü, amma belə deyildi. Sadəcə topu uzaqlaşdırmağı fikirləşirdim. Ertəsi gün bir nəfər nömrəmi tapmışdı. Mənə kobud mesajlar göndərdi, hətta ölümlə hədələdi. Bu, ailəm və gələcəyim barədə düşünməyə vadar etdi. Növbəti oyunda şans qazanmaq və özümü sübut etmək istəyirdim. Amma məşqçi mənə şans vermədi, bunu da hörmətlə qarşıladım".
Qeyd edək ki, 2018-ci ildəki dünya çempionatının qrup mərhələsində Argentina Xorvatiyaya 0:3 hesabı ilə məğlub olub.


16578 oxunub

InvestAZ