XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Kütləvi yoluxmaya və ölümə səbəb olan oyun
İdman 22:07 / 25.05.2020

UEFA Çempionlar Liqasında İngiltərə "Liverpul"u ilə İspaniya "Atletiko"su arasında keçirilmiş 1/8 final mərhələsinin cavab görüşü Böyük Britaniya sakinlərinin koronavirusa yoluxmalarına təsir göstərib.

Bu, "Edge Health" analitik şirkətinin Britaniya Milli Səhiyyə Xidməti üçün apardığı araşdırma nəticəsində müəyyənləşib.
Martın 11-də Liverpulda təşkil olunmuş qarşılaşma qonaqların əlavə vaxtda 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə "Atletiko" 1/4 finala yüksəlib. "Enfild" stadionundakı görüşü 52 000-dən çox tamaşaçı izləyib.
Matça Madrid komandasının 3 000-dən çox azarkeşi gəlib. Bu, London və Oksford Universitetinin İmperiya Kollecinin göstəricilərinə əsasən, İspaniyada koronavirusa 640 000, Böyük Britaniyada isə 100 000 nəfərin yoluxduğu vaxtda baş verib. Matçdan 25 - 35 gün sonra yaxınlıqdakı xəstəxanalarda digər klinikalara nəzərən 41 pasiyent çox ölüm olub.
Martda Berqamo şəhərinin meri Corcio Qori bildirib ki, İtaliya "Atalanta"sı ilə İspaniya "Valensiya"sı arasında keçirilmiş 1/8 final mərhələsinin digər matçı Avropada koronavirusun yoluxmasına əhəmiyyətli təsir göstərib. Fevralın 19-da keçirilmiş qarşılaşma Milandakı "San Siro" stadionunda təşkil olunub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Qeyd edək ki, Böyük Britaniyada futbol yarışları, habelə, avrokubok qarşılaşmaları martın ortalarında dayandırılıb.


17801 oxunub

InvestAZ