XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Avropa çempionatında birinci yer
İdman 21:19 / 25.05.2020
Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb.
C qrupunun finalında 8 turdan 7 xal toplayan E.Mehtiyev birinci yeri tutub. Onunla eyni xalı toplayan iki şahmatçı – polşalı Marek Pniaczek və rumıniyalı Sebastian-Ionut Pavel əlavə göstəricilərə görə sonrakı iki pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, bu qrupda Azərbaycanı 14 şahmatçı təmsil edib. Ümumilikdə isə Avropa ölkələrindən 800-dək şahmatçı C qrupunda (reytinqi 2000-ə qədər olan şahmatçılar) iştirak edib.
Xatırladaq ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.
Qitə çempionatının B qrupunda şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.

16362 oxunub

InvestAZ