XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Həbib​ Makqreqorun cavabını verib
İdman 15:38 / 25.05.2020
İrlandiyalı döyüşçü Konor Makqreqor öz versiyasına əsasən, UFC tarixinin ən güclü dörd döyüşçüsünün adını açıqlayıb.
O, birinci yerdə Anderson Silvanı, ikinci yerdə özünü, üçüncü yerdə Jorj Sen-Pyeri, dördüncü yerdə isə Con Consu qeyd edib.
Həbib Nurməhəmmədov siyahıda yer almayıb. Dağıstanlı döyüşçü buna cavab olaraq Konora xitabən Tvitterdə yazıb: "Sən yarıyüngül, yüngül və orta ağır çəkidə uduzmusan.
Heç vaxt UFC və "Cage Warriors" titulunu müdafiə edə bilməmisən. Sən Sen-Pyer, Silva və Consun birlikdə uduzduğundan daha artıq məğlub olmusan. Sən UFC tarixinin Tvitterdəki ən böyük döyüşçüsüsən”.

20036 oxunub

InvestAZ