XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Latsio"nun prezidentinə qarşı araşdırma başlandı
İdman 13:42 / 25.05.2020

İtaliya Futbol Federasiyası (FIGC) "Latsio” klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlayıb. Buna 63 yaşlı funksionerin martın 8-də keçirilmiş "Yuventus” – "İnter” matçının danışılmış xarakterli olduğuna dair açıqlaması səbəb olub.
Lotito Turin komandasından 1 xal geri qalmalarını məhz bu görüşdə baş verənlərlə əlaqələndirib.
FIGC klub prezidentinin bu açıqlamasına aydınlıq gətirmək istəyir. Dedikləri təsdiqlənməsə, Lotitonu ciddi sanksiya gözləyir.
Qeyd edək ki, "Latsio” koronavirus pandemiyasına görə martda dayandırılmış A Seriyasında 26 turdan sonra 62 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Yuventus”un isə 63 xalı var.


16159 oxunub

InvestAZ