Bu gün Almaniya Bundesliqasında 27-ci turun oyunları davam edib. Öz meydanında "Auqsburq"u qəbul edən "Şalke" böyük hesabla uduzub - 0:3. Səfərdə "Maynts"ın qonağı olan "Leypsiq" 5 cavabsız qolla qalib gəlib. Qonaqların heyətində Timo Verner het-trik edib. "Köln" - "Fortuna" matçında isə tərəflər bir xalla kifayətlənib.