XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Belarus kubokunun sahibi müəyyənləşib - FOTO
İdman 23:02 / 24.05.2020
Bu gün futbol üzrə Belarus kubokunun qalibi müəyyənləşib.​ Final görüşundə BATE ilə Brest​ "Dinamo”si üz-üzə gəlib. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanan matç azarkeşlərin iştirakı ilə keçirilib.​ Amma koronovirus pandemiyası səbəbindən​ stadiondakı tamaşaçı sayı tutumunun yalnız 25 faizə qədər bilet satışa çıxarılıb.​ Görüşün əsas​ vaxtı qolsuz başa çatdığından qalib​ əlavə vaxtda müəyyənləşib. Belə ki, əlavə vaxta artırılmış son saniyələrdə (120+1-ci dəqiqə) Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.
Xatırladaq​ ki, Belarus​ pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – "Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.


16649 oxunub

InvestAZ