XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Tennisçinin növbəti rekordu​
İdman 12:25 / 24.05.2020

Yaponiyalı tennisçi Naomi Osaka dünyada bir ilə ən çox gəlir əldə edən qadın idmançılar arasında ilk 100-lüyə düşüb. "Forbes” jurnalının hesablamasına görə, tennisçi 12 aya 37,4 milyon dollar qazanmaqla qadın idmançılar arasında yeni rekord müəyyənləşdirib.

Ən çox gəlir əldə edən 100 qadın idmançının siyahısına daha bir tennisçi, ABŞ təmsilçisi Serena Vilyams da daxildir. Onun illik qazancı 36 milyon dollar olub.
Qeyd edək ki, N.Osaka siyahıda 29-cu, S.Vilyams isə 33-cü yeri tutub.


17540 oxunub

InvestAZ