XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Fənərbağça"da yeni baş məşqçi
İdman 19:56 / 19.05.2020

Türkiyənin "Fənərbağça” klubunun baş məşqçi postuna gətiriləcək mütəxəssis müəyyənləşib.
İstanbul təmsilçisi baş məşqçi vəzifəsini icra etməyi Dirk Kuyta tapşırmaq niyyətindədir.
Niderlandlı çalışdırıcı koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra uğurlu nəticələr göstərsə, o, baş məşqçi kimi təsdiqlənəcək. Hazırda Kuyt vətənində "Feyenoord”un akademiyasının komandalarından birində çalışır. O, 2012-15-ci illərdə futbolçu kimi "Fənərbağça”nın şərəfini qoruyub.
Qeyd edək ki, 26 oyunda 40 xal toplayan istanbullular Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

25248 oxunub

InvestAZ