XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Dibala yeni müqavilə imzalayacaq
İdman 13:48 / 19.05.2020

İtaliyanın "Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beşillik yeni müqavilə imzalayıb. Bu barədə "Football Italia” portalı məlumat yayıb. Yeni müqaviləyə əsasən hücumçunun məvacibi də artırılacaq. Hazırda argentinalı futbolçu 2022-ci ilədək nəzərdə tutulan müqaviləsinə görə ildə 7,5 milyon avro alır.
Bu mövsüm 26 yaşlı futbolçu "Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.
Xatırladaq ki, 2015-ci ildən Turin klubunda oynayan P.Dibala əvvəllər İtaliyanın "Palermo” və Argentinanın "Instituto AS” klublarında çıxış edib.

22033 oxunub

InvestAZ