XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Yunanıstan Super Liqasında canlanma
İdman 13:00 / 19.05.2020

Futbol üzrə Yunanıstan Super Liqası ilə bağlı qərar verilib.
Çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın iyunun 6-da bərpa olunacağı planlaşdırılır. Mövsümə iyulun 19-da yekun vurulacaq və matçlar azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, Yunanıstan çempionatı 26-cı turun oyunlarından sonra dayandırılmışdı. Hesabında 66 xal olan "Olimpiakos” turnir cədvəlində birinci pillədə yer alıb. İlk üçlüyü PAOK (59 xal) və AEK (51) komandaları tamamlayırlar.
A Seriyasının azarkeşlərinə bəd xəbər
İtaliyada koronavirus səbəbindən idman yarışlarına qoyulan qadağa iyulun 14-nə kimi uzadılıb. Bununla bağlı İtaliyanın baş naziri Cüzeppe Konte müvafiq sərəncam imzalayıb. Pandemiyaya ilə bağlı vəziyyət yaxşılışacağı təqdirdə, bu məsələyə yenidən baxıla biləcəyi qeyd olunub.
Beləliklə, A Seriyası planlaşdırıldığı kimi iyunun 13-ə bərpa olunmayacaq. Çempionatın iyunun 20-i yenidən başlayacağı gözlənilir.

16440 oxunub

InvestAZ