XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024



Karantin qaydalarına​ riayət etməyən daha bir futbolçu saxlandı
İdman 14:41 / 18.05.2020
İngiltərə millisinin və "Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi saxlanılıb. 20 yaşlı hücumçu karantin rejimini pozduğu üçün tutulub.
Forvard şənbə günü modeli evinə dəvət edib, onun üçün maşın göndərib. Ertəsi gün səhər saatlarında isə polis və təcili yardım maşını futbolçunun evinə gəlib. Onlar evdə xəstələnən qadından zəng qəbul etmələrini səbəb göstəriblər. Xəstəxanaya məhz həmin model zəng edib. Hadson-Odoi isə karantin rejimini pozduğu üçün tutulub.
Qeyd edək ki, Kallum Hadson-Odoi martda koronavirusa yoluxub.


24015 oxunub

InvestAZ