XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bundesliqa:​ "Bavariya" ​ "Köln"ün səhvlərini təkrarlamadı
İdman 23:54 / 17.05.2020
Mayın 17-də​ Almaniya Bundesliqasında XXVI turu çərçivəsində daha iki matç keçirilib. Olimpiyadunyasi.com​ saytı xəbər verir ki, günün ilk matçında​ "Köln” ​ "Maynts” la üz-üzə gəlib. Meydan sahibləri iki topa fərqilə irəlidə olmasına baxmayaraq, qonaqlar hesabı bərabərləşdirə biliblər. 90 dəqiqənin tamamında matçda tərəflər 1 xalla kifayətləniblər.​
Günün növbəti görüşündə Bundesliqanın​ lideri "Bavariya” Berlində "Union”un qonağı olub. Matçda qonaqlar hesabı Robert Levandovskinin vurduğu onbirmetrlik cərimə zərbəsi ilə açıblar. Fasiləyə bu hesabla yollanan son çempion əsas vaxtın sonlarında yenidən fərqlənib. Fransalı Benjamin Pavardın vurduğu qoldan sonra hesab dəyişməyib.​ Qeyd edək ki, tura sabah "Verder" - "Bayer" matçı ilə​ yekun vurulacaq.

Almaniya Bundesliqası
XXVI tur
17 may
17:30. "Köln” – "Maynts” – 2:2
Uth, 6 (pen.), Kayns, 53 – Avoniyi, 61, Kunde, 72
20:00. "Union” – "Bavariya” – 0:2
Levandovski, 40 (pen.), Pavar, 81

17320 oxunub

InvestAZ