XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



"Bu, danışacağım yaxşı hekayə olacaq"
İdman 20:00 / 17.05.2020
"Qalatasaray"ın sabiq futbolçusu Felipo Melo "Barselona"nın futbolçusu Leonel Messi barədə fikirlərini bildirib. Braziliyalı futbolçu Messi ilə meydandakı mübarizəsindən və onu necə dayandırmasından danışıb.
"Oyun vaxtı dirsəyimlə bilmədən ona zərbə vurmuşdum. Burnundan qan gəlirdi. O, ayağa qalxıb mənə nəsə söyləməyə gələndə, ona dedim: "Səni çox sevirəm". Həmin anın fotosu elə indi də evimdə divardan asılıb. O, oyun müddətində çox danışan biri deyil. Onu vursan qalxıb təzədən üstünə gələcək. Gözü qorxmur. Xatırlayıram Argentina yığmasına qarşı keçirdiyimiz görüşdə Messi yaxşı oyun nümayiş etdirmişdi. Bu da gələcəkdə uşaqlarım və nəvələrim üçün Messini dayandırmağımız haqda danışacağım yaxşı bir hekayə olacaq", - deyə Felipo Melo bildirib.

37129 oxunub

InvestAZ