XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İranda da futbol çempionatı​ bərpa olunur​
İdman 19:54 / 17.05.2020

Koronavirus pandemiyası səbəbindən​ dayandırılan İran çempionatının bərpa vaxtı müəyyənləşib.
Cənub qonşularımız yarışın qalan hissəsinə Ramazan ayından sonra başlayacaq.
Bütün qarşılaşmalar tamaşaçısız keçiriləcək. Səhiyyə nazirinin müavini İrac Harirçı bildirib ki, müzakirələrdən sonra belə qərar verilib: "Biz İdman Tibbi Federasiyası ilə toplantı keçirib mövsümün bərpasını müzakirə etdik. Necə ki, La Liqa, A seriyası, Bundesliqa bunu etməyə çalışır. Bizim 9 həftəmiz qalıb. Oyunları 6 həftəyə keçirə bilərik. 3 həftə isə komandaların hazırlığına gedəcək”.
Qeyd edək ki, martda dayandırılan İran çempionatının başa çatmasına 9 tur qalıb.

33906 oxunub

InvestAZ