XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Həyatımıza xoş gəldin, böyük futbol
İdman 19:51 / 16.05.2020

İki aydan sonra böyük futbol meydanlara qayıtdı. Pandemiyadan ən çox zərər çəkən Almaniya bu virusa meydan oxuyaraq, Bundesliqada oyunları bərpa etdi. Əminik​ ki, 16 may tarixi futbolda yaddaqalan təqvim gününə çevriləcək.​
Avropa futbolu üçün darıxan azarkeşlər bu gündən etibarən əsl futbol həzzini yaşadı. Futbol heç​ vaxt virtuallığı ilə sevgi və azarkeş rəğbəti​ qazana bilməz. Futbol stadionda öz qaydaları ilə gözəldi. Yaşıl meydanlarda qol vurulub, on bir metrlik cərimə zərbəsi yerinə yetirilmirsə, qayda pozuntusuna görə sarı və qırmızı vərəqəni öz gözlərimizlə görmürüksə, bu, futbol deyil. İnsan həqiqi varlıqdırsa, futbol onun məhsuludur. Dogrudan da futbol üçün darıxmışdıq. O futboldan ki, bizi sevindirir, bizi məyus edir. Olsun, həqiqətdə və həyatda əsl hisslər üçün sevinmək də olar, üzülmək də...
Pandemiyadan sonra Avropanı "qoool" kəlməsi ilə sevindirən Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Haalanda "əhsən"! Onun "Rur derbisi"ndə matçın 29-cu dəqiqəsində "Şalke"nin qapısından keçirdiyi top, sevincimizə sevinc qatdı. Bundesliqa azarkeşi olmayanlar da sevindilər. Onlar hiss etdilər ki, həyat davam edir.
Virus heç vaxt insan övladını sarsıda bilməz. İnsan istəyirsə istənilən xəstələyə qalib gələ bilər. Almanlar pandemiya maskasını futbolun agzından çıxarmağa müvəffəq oldu. Afərin insanlıq, əhsən sənə bundesliqa.​
Sağ əlin digər çempionatların başına. Qədəmlərin mübarək, Alman futbolu!!!

​ ​ ​ ​ ​ ​Anar Əhmədov

P.S. Bundesliqanın bütün nəticələri barədə​ növbəti xəbərdə ətraflı məlumat veriləcək.

17427 oxunub

InvestAZ