XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Baş məşqci tənqidlə diqqət çəkdi
İdman 18:31 / 16.05.2020

"Arsenal” ın keçmiş məşqçisi Unai Emeri​ Məsud Özili​ tənqid edib.​ "O, özünə, hərəkətlərinə fikir verməlidir. Kluba olan sadiqliyini və münasibətini qiymətləndirməlidir. Məsud Özilə kömək etmək üçün əlimdən gələni etməyə çalışdım. Mən hər zaman istedadlı oyunçular ilə işləməyi qiymətləndirmişəm. Onlar mənimlə ən yaxşı oyunlarını göstərirdilər və ya buna çalışırdılar. M.Özili komandanın mühüm bir hissəsi kimi görmək istəmişəm. Lakin onun kluba qarşı münasibəti və məsuliyyəti kifayət deyildi. Bəlkə də komandanın kapitanlarından biri Məsud Özil ola bilərdi. Amma "soyunub-geyinmə otağı” onu bu vəzifədə görmək istəmədi. Komandaya​ belə laqeyd münasibət göstərən oyunçu kapitan sarğısına layiq deyil. Bu mənim qərarım deyil, komanda qərarı idi”, - deyə U. Emeri​ bildirib.

16125 oxunub

InvestAZ