XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Belçikada da çempion vaxtından əvvəl müəyyənləşdi
İdman 12:57 / 16.05.2020
Belçika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və "Brügge" çempion elan olunub.
Bu barədə klubun saytı məlumat yayıb. "Brügge"nin növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyi vurğulanıb. Bildirilib ki, klubların ən azı 84 faizi çempionatın vaxtından əvvəl dayandırılmasına səs veriblər.
Liqa sonuncusu "Vasland-Beveren" isə aşağı liqaya göndərilib.
Xatırladaq ki, "Brügge" 15 xallıq fərqlə lider idi.
Qeyd edək ki, bundan əvvəl Fransa və Niderlandda bu mövsüm erkən başa çatdırılıb.

16095 oxunub

InvestAZ