XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Aleksander Çeferin: "Təqvim əvvəlki kimi qalacaq"
İdman 18:18 / 15.05.2020

"Avrokuboklarda mövsümün başa çatdırılması üçün konkret planımız var. Düşünürəm ki, əksər ölkələrdə mövsüm başa çatdırılacaq".

Bu fikirləri UEFA prezidenti Aleksander Çeferin "beIN Sports"a açıqlamasında söyləyib.
Sloveniyalı funksioner bildirib ki, hansı ölkələr liqaları başa çatdırmaq istəmirlərsə, bu, onların öz qərarlarıdır.
Çeferinin sözlərinə görə, avrokuboklarda iştirak etmək arzusunda olanlar istənilən halda seçmə mərhələlərdə çıxış etməlidirlər: "UEFA İcraiyyə Komitəsi tarixləri təsdiqləyənə qədər gözləməliyik. Amma deyə bilərəm ki, hər şey indiki kimi olsa, avrokubok mövsümü avqustda başa çatdırılacaq. Yerli liqalar ayrı məsələdir və necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər. Əvvəllər dediyim kimi, onların 80 faizinin mövsümü başa vuracağına inanıram".
Qitə futbol qurumunun rəhbəri Çempionlar Liqası və Avropa Liqasında 2020/2021 mövsümünün əvvəlki kimi qalacağı fikrini də dilə gətirib: "Təqvim çox sıxdır, amma dəyişiklik etməyə elə də çox yerimiz yoxdur. Fikrimcə, təqvim əvvəlki kimi qalacaq. Ola bilsin, tarixlərdə bir-iki günlük fərq olsun".
Qeyd edək ki, daha əvvəl UEFA-nın martda dayandırılmış 2019/2020 avrokubok mövsümünü avqustun sonlarınadək başa vuracağı bildirilib. Bu, daxili yarışların tamamlanmasından sonra gerçəkləşəcək.


17275 oxunub

InvestAZ