XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tomas Bax: "Olimpiya Oyunların uğurlu alınacağına inanırıq"
Olimpiya oyunları 17:07 / 15.05.2020

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarının təhlükəsiz şəraitdə keçirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə müştərək iş aparır.

Bu barədə IOC prezidenti Tomas Bax İcraiyyə Komitəsinin video-konfrans formatında iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib. O bildirib ki, toplantıda "Here We Go" İşçi Qrupunun olimpiada ilə bağlı hesabatı təqdim olunub: "Bu qrup bütün iştirakçılar üçün təhlükəsiz Oyunların keçirilmə təminatına cavabdehdir. Biz buna nail olmaq üçün ÜST-lə və digər maraqlı tərəflərlə təmasdayıq".
Bax Oyunların ləğvi və ya başqa ölkəyə keçirilmə məsələsinə də münasibət bildirib: "Təşkilat Komitəsi və Yaponiya hökuməti ilə həmrəyik.​ Təxirə salınmış Olimpiya Oyunların uğurlu alınacağına inanırıq. Olimpiadanın startına hələ 1 il 2 ay var. Ona görə də gələcəyin mövzusu ətrafında indidən spekulyasiya aparmamalıyıq".
Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.


53760 oxunub

InvestAZ