XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Çempionatlarla bağlı tələblər yumşaldılır
İdman 15:39 / 15.05.2020

UEFA koronavirusa görə dayandırılan milli çempionatların taleyi və yeni mövsümün başlanması ilə bağlı assosiasiyaların qarşısına qoyduğu tələbləri yumşaldıb.

Bunu qurumdan "Sport-Ekspress"ə açıqlamada bildiriblər.
Artıq UEFA milli federasiyalardan çempionatların bərpası və 2020/2021 mövsümünün başlanğıc tarixləri barədə mayın 25-dək hesabat vermələrini tələb etməyəcək.
UEFA rəhbərliyinin bəzi ölkələrin mövcud vəziyyətlə bağlı müxtəlif məhdudiyyətlərə görə detallı plan hazırlaya bilməyəcəyini anladığı bildirilib.
Qeyd edək ki, UEFA-nın son iclasında yerli assosiasiyaların ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 mayadək yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqası və UEFA-ya məlumat verməli oluqları bildirilmişdi.


18572 oxunub

InvestAZ