XƏBƏR LENTİ
29 May 2020
28 May 2020
27 May 2020
26 May 2020



"Qoca sinyora"dan müdrik addım
İdman 16:12 / 29.03.2020

"Yuventus"un futbolçuları rəhbərliyin maaşların bir hissəsinin azaldılması təklifini qəbul ediblər. Bu təklifə baş məşqçi Mauritsio Sarri də qoşulub. Koronavirus pandemiyasının yayılması səbəbindən A seriyası dayandırılıb ki, bu da "qoca sinyora"ya ciddi ziyan vurub. Lakin bunun bir hissəsinin sığortalanması baxımından müqavilələr üzrə ödənişlərdə xüsusi razılıq əldə olunub. Qarşıdakı həftələrdə Sarri və futbolçularla yeni razılaşma imzalanacaq. Anlaşmaya əsasən, kollektiv mart-iyun aylarındakı maaşlarının bir hissəsindən imtina edib. Bu isə Turin təmsilçisini 90 milyon avro irəli salacaq.

Qeyd edək ki, A seriyasının oyunları XXVI turdan sonra dayandırılıb.

2178 oxunub

InvestAZ