XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda beynəlxalq seminar keçirilir
İdman 17:57 / 11.12.2019

Dekabrın 11-də FIFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı öz işinə başlayıb.
FIFA-nın və Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi seminarda AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.
Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, "Bakcell Arena”, Dalğa Futbol Mərkəzi ilə tanış olduqdan sonra UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ”–"Düdelanj” oyununu izləyəcəklər.

20050 oxunub

InvestAZ