XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Avropa birinciliyində növbəti uğur
İdman 12:48 / 11.12.2019

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 15 yaşadək atletlərin mübarizəsində 76 kiloqram çəki dərəcəsində çıxış edən Rahilə Hüseynova birdən qaldırma hərəkətində 75 kiloqram nəticə ilə dördüncü yeri tutub. İdmançımız təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək 97 kiloqramın öhdəsindən gəlib. R.Hüseynova bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.
Toplam 172 kiloqram (75+97) nəticə ilə yekun sıralamada üçüncü yerə çıxan ağır atletimiz bürünc medala layiq görülüb.
Dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.

19385 oxunub

InvestAZ