XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ağırlıqqaldıranlarımız Avropa birinciliyində yarışacaqlar
İdman 15:36 / 05.12.2019

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayacaqlar.
Yığmamızın baş məşqçisi Asif Məmmədovun rəhbərliyi altında Aişə Əliyeva, Selcan Qarayeva, Rəhilə Hüseynova, Leyla Qurbanlı, Kənan Rəhimov, Qasım İsmayılov, Elşən Məmmədov, Nurlan Məmmədzadə, Əvəz Tağıyev, Tehran Məmmədov, Rüstəm Qasımov, Ömər Cavadov,
Samir Əskərzadə, Həsənağa Sahibov, İsa Həsənli, Tarmenxan Babayev, Əli Şükürlü və Rəhman Kazımov körpücük üzərinə çıxacaqlar.
Ədalət təmsilçisi olaraq İsraildə ölkəmizi beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək.

26027 oxunub

InvestAZ