XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Odlar Yurdu”ndan inamlı qələbə
İdman 12:10 / 15.11.2019

Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun beşinci turunun oyunları keçirilib.
"Odlar Yurdu” komandası Sloveniyanın "Maribor” yığmasına 3,5:0,5 hesabla qalib gəlib. "Vüqar Həşimov” klubu isə İtaliyanın "Obieivo Risarcimento Padova” komandasına 2:4 hesabı ilə məğlub olub.
Beş turun nəticəsinə görə, "Vüqar Həşimov” klubunun 8, "Odlar Yurdu” komandasının 6 xalı var.
Qeyd edək ki, "Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, "Odlar Yurdu” komandasının tərkibində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

21143 oxunub

InvestAZ