XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakı şəhər birinciliyi başa çatdı
İdman 16:32 / 14.11.2019

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən şahmat üzrə paytaxt turnirinə yekun vurulub. 40-dək şahmatçının qatıldığı çempionat beynəlxalq dərəcəli hakim Elşad Abdullayevin rəhbərliyi ilə İsveçrə sistemi üzrə keçirilib. Qızların yarışında Nərmin Abdinova, Aysel Cəfərova və Lalə Hüseynova, oğlanların mübarizəsində isə İsmayıl Qurbanov, Əhməd Xaqan və Paşam Əlizadə müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev qalibləri Azərbaycan çempionatının birinci dəstəsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Qalib idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.

20005 oxunub

InvestAZ