XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Şahmatçılarımızdan uğurlu start
İdman 17:43 / 11.11.2019

Monteneqroda start götürən klublararası Avropa kuboku turnirinə Azərbaycanın "Vüqar Həşimov” və "Odlar Yurdu” komandaları qələbə ilə start veriblər.
Turnirin birinci turunda "Vüqar Həşimov” klubu Belçikanın "Fonteine”, "Odlar Yurdu” komandası isə İsrailin "Rishon Lezion” komandası ilə qarşılaşmaları 4:0 hesablı qələbə ilə başa vurublar.
Qeyd edək ki, "Vüqar Həşimov” klubunun heyətinə Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa daxildir. "Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.
Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

18261 oxunub

InvestAZ