XƏBƏR LENTİ
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Klublararası Avropa kuboku turniri davam edir
İdman 13:38 / 12.11.2019

Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku turniri davam edir. Azərbaycanın "Vüqar Həşimov” və "Odlar Yurdu” komandalarının da mübarizə apardığı qitə kubokunda bu gün 3-cü turun oyunlarına start veriləcək.
"Vüqar Həşimov” klubu Rusiyanın "Primorsky District”, "Odlar Yurdu” komandası isə Çexiyanın "AVE Novy Bor” şahmatçıları ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, "Vüqar Həşimov” klubu birinci turda Belçikanın "Fonteine” (5:1), ikinci turda Sloveniyanın "Maribor” (4,5:1,5) komandalarını məğlub edib. "Odlar Yurdu” komandası isə birinci turda İsrailin "Rishon Lezion” komandası ilə qarşılaşmanı 4:0 hesablı qələbə ilə başa vurub, ikinci turda "Nona” (Gürcüstan) ilə heç-heçə edib.
"Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, "Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.
Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

30345 oxunub

InvestAZ