XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin yeni icraçı direktoru ilə görüşüb
İdman 13:40 / 28.10.2019

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) Almaniyanın Bonn şəhərində keçirilən Baş Assambleyasında iştirak edib.
İ.Rəhimov səfər çərçivəsində BPK-nın yeni təyin olunmuş icraçı direktoru Mayk Piters ilə görüşüb.
Görüşdə Paralimpiya Hərəkatının inkişafı, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına hazırlıq və BPK ilə AMPK arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
Komitənin prezidenti "Agitos” Beynəlxalq Fondunun İcraiyyə Komitəsinin sədri Rita Van Drellə də görüşərək əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıb.

17340 oxunub

InvestAZ