XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



İdman gimnastlarımız Tbilisidə uğurla çıxış ediblər
İdman 11:16 / 28.10.2019

Tbilisidə idman gimnastikası üzrə "Medea Cup” beynəlxalq turniri keçirilib. Turnirdə ölkəmizi yığma komandamızın üzvləri Anar Həsənov, Rəsul Əhmədzadə və Ramin Dəmirov təmsil ediblər.
İdmançılarımızdan ən yaxşı nəticəni A.Həsənov və R.Əhmədzadə göstəriblər. Belə ki, A.Həsənov sərbəst hərəkətlərdə, R.Əhmədzadə isə turnikdə birinci olublar.
A.Həsənov dəstəli atda çıxışına görə gümüş, R.Əhmədzadə isə bürünc medal qazanıb. Onların komanda yoldaşı R.Dəmirov isə halqalarda ikinci pillədə qərarlaşıb. Gimnastımız paralel qollarda üçüncü yeri tutub.

30371 oxunub

InvestAZ