XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Karateçilərimiz yeni sınaq qarşısında
İdman 10:13 / 29.10.2019


Noyabrın 1-2-də Macarıstanın Monor şəhərində vado-kai karate üzrə 47-ci Avropa çempionatı keçiriləcək. Qitə çempionatında ölkəmizi "Azərbaycan Vado-Ryu Karate-do” klubunun idmançıları təmsil edəcəklər. Avropa Vado-Kai Karate-Do Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Əməkdar məşqçi Gündüz Mahmudovun rəhbərliyi altında Macarıstana yollanacaq komandamızın heyətində 10 idmançı, 3 məşqçi və 1 hakim yer alıb. İdmançılarımız çempionatda həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.
Qeyd edək ki, oktyabrın 30-da Macarıstana yola düşəcək yığma komandamız noyabrın 4-də Vətənə qayıdacaq.

20337 oxunub

InvestAZ