XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



“Böyük dəbilqə”də 15 cüdoçu
İdman 15:49 / 24.10.2019

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük dəbilqə” turniri start götürüb. Yarışın birinci günündə 8 cüdoçumuz mübarizəyə başlayır. Kişi cüdoçulardan Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq) tatami üzərinə çıxacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Aleksandra-Larisa Florian (57 kq) güclərini sınayacaqlar. Turnirdə 100-ə yaxın ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Azərbaycan millisinin heyətində isə 15 idmançı mübarizəyə aparır. "Böyük dəbilqə” turniri oktyabrın 26-da yekunlaşacaq.

19068 oxunub

InvestAZ