XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Lev Yaşin mükafatı kimə qismət olacaq?
İdman 18:04 / 22.10.2019

İngiltərənin "Liverpul” komandasının braziliyalı qapıçısı Alisson Beker, İspaniyanın "Atletiko” komandasının sloveniyalı qolkiperi Yan Oblak və Almaniyanın "Bavariya” komandasının heyətində çıxış edən almaniyalı Manuel Noyer Fransada çıxan "France Football” jurnalının versiyası üzrə ilin ən yaxşı qapıçısı kimi Lev Yaşin adına mükafata nominantlardır.
Bu mükafata nominantlar arasında braziliyalı Ederson ("Mançester Siti”), sloveniyalı Samir Xandanoviç ("İnter”), ispaniyalı Kepa Arrisabalaqa ("Çelsi”), fransız Uqo Lyoris ("Tottenhem”), kamerunlu Andre Onana ("Ayaks”), polyak Voysex Şensnıy ("Yuventus”) və alman Mark-Andre ter Ştegen ("Barselona”) də var.
"France Football” jurnalının versiyası üzrə ilin ən yaxşı gənc futbolçusu üçün təsis edilmiş "Trofey Kopa” mükafatına namizədlər sırasına ingilis Ceydon Sanço ("Borussiya”, Dortmund), alman Kay Havers ("Bayer”), nigeriyalı Samuel Çukvueze ("Vilyarreal”), hollandiyalı Matteys de Liqt ("Yuventus”, keçən mövsümdə "Ayaks”ın heyətində çıxış edib), fransız Matteo Qenduzi ("Arsenal”), portuqaliyalı Joau Feliş ("Atletiko”, keçən mövsümdə "Benfika”nın heyətində çıxış edib), Cənubi koreyalı Li Kan İn ("Valensiya”), italiyalı Moyze Kin ("Everton”, keçən mövsümdə "Yuventus”un heyətində çıxış edib), ukraynalı Andrey Lunin ("Valyadolid”, keçən mövsümdə "Leqanes”in heyətində də çıxış edib) və braziliyalı Vinisius Junior ("Real”, Madrid) daxildir.
Keçən ilin ən yaxşı qadın futbolçusu adına amerikalılar – Meqan Rapino, Rouz Lavell və Tobin Hit, hollandiyalılar – Like Martens və Sari Van Venendal, fransalı Vendi Renar, braziliyalı Marta, norveçli Ada Xeqerberq, isveçlilər – Kosovare Asslani və Sofiya Yakobsson iddia edirlər.
Mükafatların təqdim edilməsi mərasimi dekabrın 2-də Parisdə keçiriləcək.

18874 oxunub

InvestAZ