XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Yeniyetmə qılıncoynadanımız Türkiyədə üçüncü oldu
İdman 13:51 / 16.10.2019

Türkiyənin Konya şəhərində qılıncoynatma üzrə 14 yaşadək şpaqaçılar arasında açıq turnir keçirilib.
14 yaşlı qız şpaqaçıların yarışında iştirak edən Xədicə Həsənli turnirin bürünc medalını qazanıb. Qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran X.Həsənli uğurlu çıxışını play-off mərhələsində də davam etdirib. Şpaqaçımız 1/32 finalda Tuqca Çokrolamaşı (15:1), onaltıdabir finalda Asya Gökmanı (15:4), səkkizdəbir finalda isə Elif İşlakı (15:9) məğlub edib. Dörddəbir finalda Eqe Çot üzərində 15:8 hesablı qələbə qazanan təmsilçimiz yarımfinalda turnirin qalibi Naz Gökkaya 9:15 hesabı ilə uduzsa da, ən güclü 4 şpaqaçı sırasına yüksəlməklə yarışın bürünc medalını təmin edib.
Turnirdə iştirak edən digər təmsilçilərimizdən Aynur Quliyeva 4 qələbə ilə qrupu adlayaraq, 1/32 finala yüksəlib. A.Quliyeva bu mərhələdə Xədicə Gülsümə 15:10 hesabı ilə qalib gəlsə də, onaltıdabir finalda Zeynəb Sevim Üçkayaya 5:15 hesabı ilə uduzub.
On iki yaşadək şpaqaçıların yarışında isə Yəhya Məmmədov qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gəlməklə play-offa adlayıb. İdmançımız 1/32 finalda Alp Tardu Karaçörə 5:15 hesabı ilə məğlub olub.

18544 oxunub

InvestAZ