XƏBƏR LENTİ
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



İdman gimnastlarımız Tokio-2020-ə lisenziya qazanıblar
İdman 15:50 / 13.10.2019

Bədii gimnastlarımızın ardınca, kişi və qadın idman gimnastlarımız da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Onlar bu uğuru Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında əldə ediblər.
Qadın idman gimnastikası üzrə təmsilçimiz Marina Nekrasova və kişi idman gimnastımız İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq Olimpiya Oyunlarına vəsiqəni qazanıblar.
Qeyd edək ki, M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində qazanılmış ilk Olimpiya lisenziyasıdır və idmançımız Olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.


18708 oxunub

InvestAZ