XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Millimiz açıq Avropa çempionatında iştirak edir
İdman 11:20 / 12.10.2019

Pencak-silat üzrə Azərbaycan millisi Hollandiyanın Haaqa şəhərində keçirilən açıq Avropa çempionatında iştirak edir.
Çempionatda Azərbaycanı 11 idmançı təmsil edir.
Böyüklərin mübarizəsində Abdulla Abdullazadə, Avropa çempionu Elxan Cəfərov, qitə birinciliyinin qalibi və dünya çempionatının gümüş medalçısı Rəsul Hümbətli, dünya kubokunun gümüş mükafatçısı Bəxtiyar Həmidov, Avropa çempionu Seymur Xəlilov, Rumiyə Vəliyeva və Lalə Mikayılova medallar uğrunda yarışırlar.
Gənclərin yarışında isə Xalid Əfəndiyev, Rəvan Abdullazadə, Cavidan Abdullazadə və üçqat Azərbaycan çempionu Fidan Əlizadə birincilik uğrunda mübarizə aparırlar.
Milli komandamız çempionatda baş məşqçi Abbas Hümbətovun rəhbərliyi altında yarışır.


21510 oxunub

InvestAZ